Dağıstanda milis rəisi yaralanıb
26 Noyabr 2010 Cümə 02:45
Naməlum şəxslər rəisin maşınına qumbara atıblar
Ötən gün axşam saatlarında naməlum şəxslər Dağıstanın Qayakənd rayon Daxili İşlər İdarəsinin rəisinə qumbara atıblar. Hadisə nəticəsində milis rəisi xəsarət alıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə saat 23.00-da (Bakı vaxtı ilə saat 00.00) baş verib. Naməlum şəxslər qumbaranı milis rəisinin maşınına atıblar. Rəis yaralanaraq, xəstəxanaya aparılıb. Onun həyatı üçün təhlükə yoxdur.
Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir. İnsidentin təfərrüatları araşdırılır və cinayətkarlar axtarılır.
DOSTLARINLA PAYLAŞ: