Dağıstanda milis əməkdaşı öldürülüb
27 Noyabr 2010 Şənbə 02:45
Naməlum şəxslər milis leytenantını güllələyiblər
Dağıstanın Xasavyurd şəhərində Yol Patrul Xidmətinin müfəttişi, milis leytenantı Sutlat Aslanov qətlə yetirilib. Şəhər Daxili İşlər İdarəsinin məlumatuna görə, hadisə ötən gün yerli vaxtla saat 18.30-da (Bakı vaxtı ilə saat 19.30) qeydə alınıb. İki naməlum şəxs öz maşını ilə yolayrıcına yaxınlaşan milis əməkdaşına atəş açıblar. O, aldığı ölümcül yara nəticəsində xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Cinayətkarların tapılması üçün şəhərdə “Vulkan-3” planı elan edilib.
DOSTLARINLA PAYLAŞ: