Dağıstanda məscidə silahlı basqın: imam öldürüldü
29 İyun 2012 Cümə 02:56
İki nəfəri güllələyən maskalılar məscidi yandırıblar.
Dağıstanın Buynaysk rayonunun Karamaxi kəndində maskalı bir neçə silahlı kəd məscidinə soxulub. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, onlar məscidin imamı Məhəmmədkamil Şəzətovu və dindarlardan birini güllələyiblər.

Dağıstan DİN-dən bildirilib ki, hadisə yerli vaxtla ötən gün saat 23.30-da (Bakı vaxtı ilə bu gün 00.30) baş verib. Adamları güllələyən silahlılar məscidi yandırıblar və həyətdəki maşını da özləri ilə götürərək hadisə yerindən qaçıblar.

Özlərini hadisə yerinə çatdırank əds sakitləri yanğını söndürüblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar