Dağıstanda məscid imamı öldürülüb
02 Noyabr 2010 Çərşənbə Axşamı 02:05
Başından güllə yarası alan imam xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Ötən axşam Dağıstanın Xasavyurd şəhərindəki məscidlərdən birinin imamı qətlə yetirilib. Bu barədə məlumatı RİA “Novosti”yə şəhər hüquq-mühafizə orqanlarının nümayəndəsi verib. Onun sözlərinə görə, hadisə yerli vaxtla saat 22.40-da (Bakı vaxtı ilə 23.40) qeydə alınıb. Məscidin imamı Basir Salahgereyev odlu silahdan açılan atəş nəticəsində başından xəsarət alıb. İmam xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hazırda hadisə yerində əməliyyat-istinaq qrupu işləyir. Hadisənin təfərrüatları dəqiqləşdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: