Dağıstanda keçmiş deputat Marat Ramazanov maşınında güllələndi
21 Oktyabr 2010 Cümə Axşamı 11:10
Marat Ramazanov qətlə yetirilib.
Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərində Dağıstan Xalq Məclisinin keçmiş deputatı, iş adamı Marat Ramazanov qətlə yetirilib. Bu barədə məlumatı Rusiyanın kütləvi informasiya vasitələri Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb.

Hadisə ötən axşam təxminən saat 20.00 radələrində baş verib. Ramazanovun içərisində olduğu “Mercedes” markalı avtomobil Kotrov küçəsində atəşə tutulub. Hazırda hadisə yerində hüquq-mühafizə orqanları araşdırma aparır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar