Dağıstanın Buynaksk şəhərinin Cümə məscidinin imam köməkçisi İslam Məcidova sui-qəsd olub. ANS PRESS-in “İtar-Tass”a istinadən verdiyi xəbərə görə, Dağıstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mark Tolçinski bildirib ki, iki silahlı din xadiminin evinə girərək onu öldürməyə çalışıblar. Hadisə zamanı Məcidov özünü itirməyərək silahlılara müqavimət göstərib. Çəkişmə zamanı cinayətkarlardan biri təsadüfən digərini yaraladıqdan sonra, hadisə yerindən qaçmağa çalışıb. Hadisə yerinə gələn milis cinayətkarı yaxalamağa çalışarkən, onun tərəfindən müqavimətlə qarşılaşıblar. Belə ki, yaralı milisə əl qumbarası atıb. Daxili İşlər Nazirliyinin əməkdaşları cavab olaraq cinayətkarı öldürüblər. /ANS PRESS/