Dağıstanda Dərbənd şəhərində 5 silahlı öldürüldü
27 Aprel 2014 Bazar 10:01
Anti-terror əməliyyatı zamanı DİN-in 1 əməkdaşı da yaralanıb.
Dağıstanın Dərbənd şəhərində silahlı qruplaşmanın 5 üzvü öldürülüb, Daxili İşlər Nazirliyinin 1 əməkdaşı da yaralanıb. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Milli Anti-terror Komitəsi açıqlama verib.
“Dağıstan Respublikasında Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları “cənub” terrorçu qruplaşmasının üzvlərinin zərərsizləşdirilməsi məqsədilə birgə xüsusi əməliyyat keçiriblər. Həmin şəxslər may ayında Dağıstanda keçiriləcək bayram tədbirləri zamanı silsilə terror aktları törətməyi planlaşdırıblar” - Milli Anti-terror Komitəsin məlumatında belə deyilir.
DOSTLARINLA PAYLAŞ: