Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev Dağıstan prezidenti Muxu Əliyevlə işgüzar görüş keçirib. ANS PRESS-in “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, görüş zamanı Şimali Qafqaz və Dağıstanda təhlükəsizlik məsələləri müzakirə olunub.
"Mənim bura gəlməyim Şimali Qafqazda, xüsusilə də Dağıstanda təhlükəsizliyin təmin edilməsi məsələləri ilə əlaqədardır. Burada hələ çox problemlər var. Lakin bu, artıq Təhlükəsizlik Şurası iclasının mövzusudur", - deyə Medvedev bildirib.
Öz növbəsində Muxu Əliyev respublikanın inkişaf etdiyini bildirib. "Bizdə yalnız beş ayın məlumatları var. Heç bir göstərici üzrə enmə yoxdur", -deyə Əliyev vurğulayıb. Onun sözlərinə görə, Dağıstanda sənaye 10 faiz, kənd təsərrüfatı isə 4 faiz artıb, eyni zamanda mənzil tikintisi fəal inkişaf edir. /ANS PRESS/