Dağıstanda cinayət axtarış şöbəsinin rəisi qətlə yetirilib
26 İyul 2010 Bazar Ertəsi 06:15
Dağıstanda cinayət axtarış şöbəsinin rəisi qətlə yetirilib. Hadisə ötən gün gecə saatlarında naməlum şəxslər tərəfindən törədilib.
Dağıstanın Kaspiysk şəhərinin cinayət axtarış şöbəsinin rəisi qətlə yetirilib. Rusiya kütləvi informasiya vasitələrinin məlumatına görə, hadisə ötən gün gecə saatlarında naməlum şəxslər tərəfindən törədilib. Milis mayoru Aliəshab Maqomedov şəxsi bağında aldığı güllə yarasından yerindəcək keçinib. Hadisə yerində operativ təhqiqat qrupu işləyir. Hadisənin baş vermə səbəbləri araşdırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar