Dağıstanda bir silahlı öldürülüb
20 İyun 2011 Bazar Ertəsi 05:43
Adı çəkilən şəxs bir sıra cinayətlərdə, o cümlədən məscid imamları və iş adamlarının qətlində əli olması güman olunur.
Dağıstanın paytaxtı Mahaçkalada 1 silahlı öldürülüb. Bu barədə məlumatı yayan milli antiterror komitəsinin xəbərinə görə, öldürülmüş silahlının adı “Abdüssəlim” ləqəbi ilə tanınan Şamil Payzullayev olub. Əməliyyatçıların məlumatlarına görə, Payzullayev yeni il gecəsində Moskvada terror aktı törətməyi planlaşdırmış potensial şəhid terrorçuları gətirməkdə günahlandırılır. Komitənin bəyanatında həmçinin deyilir ki, adı çəkilən şəxs bir sıra cinayətlərdə, o cümlədən məscid imamları və iş adamlarının qətlində əli olması güman olunur. Bundan başqa, milli antiterror komitəsinin əməliyyat ştabından verilən məlumata görə, Payzullayev “İzberbaşsk” terrorçu qruplaşmasının başçısıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar