Dağıstanın Mahaçqala şəhərinin Sovetsk rayonunun daxili işlər idarəsinin baş müstəntiqi terror aktı nəticəsində ölüb. Bu barədə bölgənin hüquq-mühafizə qurumlarındakı mənbə məlumat yayıb. Məlumata görə, partlayış iyunun 6-da saat 04.20-də milis işçisi "Terek-20" stasionar milis məntəqsindən 20 metr aralıda yerləşən ayaqyolunda baş verib. Milis əməkdaşı aldığı yaradan yerindəcə keçinib. Fakt araşdırılır. / ANS PRESS/