Dağıstanda atışma gedir
16 İyun 2010 Çərşənbə 12:55
Dağıstanda atışma gedir. Üç döyüşçü zərərsizləşdirilib.
Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurt rayonunun Kostek kəndində içərisində döyüşçülərin olduğu evlərdən biri mühasirəyə alınıb. Rusiya mətbuatının yazdığına görə, hazırda milis işçiləri ilə döyüşçülər arasında atışma gedir. Üç döyüşçünün zərərsizləşdirildiyi bildirilir.

Məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşları arasında ölən və yaralanan yoxdur.
Kənddə əksterror əməliyyatı rejimi tətbiq edilib.

Xatırladaq ki, bu gün Şimali Qafqazda milis əməkdaşlarına daha bir hücum hadisəsi baş verib. Kabardin-Balkar Respublikasında milis əməkdaşı evinin qarşısında qətlə yetirilib.

Bundan əvvəl isə Dağıstanın Dərbənd şəhərində naməlum şəxslərin milis postuna hücumu bir milis əməkdaşının həlak olması ilə nəticələnib. Rusiya kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, hadisə gecə yarısı Dərbəndin 345-ci atıcı diviziyası yerləşən küçəsində baş verib. Şəhərdə "Vulkan-3" şərti adı altında əməliyyata başlanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar