Dağıstan prezidentinin mətbuat xidmətinin rəhbəri öldürülüb
28 İyul 2011 Cümə Axşamı 11:18
Dağıstan prezidentinin informasiya siyasəti və mətbuat xidməti idarəsinin rəhbəri Harun Qurbanov Mahaçqalada qətlə yetirilib.
APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, naməlum şəxslər bu gün səhər Qurbanovun avtomobilini Montaşev küçəsində atəşə tutublar. Atəş nəticəsində Harun Qurbanov və sürücüsü həlak olub. İlkin məlumata görə, cinayətkarlar Qurbanov evdən çıxaraq maşına yaxınlaşan zaman ona atəş açıblar. Qətlin motivləri məlum deyil. Xatırladaq ki, Harun Qurbanov bundan əvvəl Dağıstan hökumətində milli siyasət, informasiya və xarici əlaqələr naziri postunu tutub. O ötən ilin yazından prezident Maqomedsalam Maqomedovun mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışırdı. APA
DOSTLARINLA PAYLAŞ: