Dağıntılar altında 11 gün sağ qalıb
24 Yanvar 2010 Bazar 01:40
Onun ölməməsinə uçmuş konstruksiyalar arasında yaranmış boşluqda qalması və əlinin ərzaq məhsullarına çatması səbəb olub
Fransalı xilasedicilər ötən gün Haitinin paytaxtı Port-o-Prensdə binalardan birinin qalıqları altından sağ adam aşkarlayıblar. O, uçmuş mağazanın dağıntıları altında 11 gün qalıb.
Fransalı xilasedicilərdən biri bildirib ki, haitilinin bu vaxta qədər ölməməsinin səbəbi uçmuş konstruksiyalar arasında yaranmış boşluqda qalması və əlinin ərzaq məhsullarına çatması olub. Xilasedicilər onu dağıntılar altından çıxarmağa çalışırlar. 11 gün dağıntılar altında qalmış haitilinin vəziyyəti hələlik məlum deyil.
Xilasedicilərin aşkarladığı şəxs onlara məlumat verib ki, onunla birlikdə daha beş nəfər sağ adam var. Haitilinin tapıldığı yerdə mağazadan əlavə mehmanxana binası da yerləşib.
Haiti hökuməti yanvarın 23-də axtarış-xilasetmə işlərinin başa çatdığını elan edib. 10 günlük tədbirlər nəticəsində dağıntılar altından 132 sağ adam çıüxarılıb. Ötən gün xarici xilasedicilər Haitini tərk etsələr də, bir sıra ölkələrdən, o cümlədən, Fransa, Meksika və Dominikan Respublikasından olan xilasedicilər Port-o-Prensdə fəaliyyətlərini davam etdirirlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: