Dağıdıcı zəlzələdən ölənlərin sayı 13 min nəfərə çatıb
10 Aprel 2011 Bazar 11:10
İtgin düşənlərin sayı 14 min 809 nəfər göstərilir.
Yaponiyada baş verən və sonradan sunami ilə müşayiət olunan dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 12 985 nəfərə çatıb. ANS PRESS-in NHK telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın Baş Milli Polis İdarəsi məlumat yayıb.
Əvvəl isə ölənlərin sayının 12 min 876 nəfər olduğu bildirilirdi.
Məlumatda ölkənin altı əyalətində itgin düşənlərin sayı 14 min 809 nəfər göstərilir. Dünənə olan məlumata görə, müvəqqəti sığınacaqlarda 153 min adam yaşayır.
Qeyd edək ki, Yaponiyada Rixter cədvəli ilə 9,0 bal gücündə zəlzələ martın 11-də ölkənin şimal-şərqində qeydə alınıb. Yeraltı təkanlar hündürlüyü 10 metrdən çox olan sunami ilə müşayiət olunub.
DOSTLARINLA PAYLAŞ: