"Zənnimcə, prezident Obama da bu fikirdədir."
Medvedev və Obama ilk dəfə aprelin əvvəllərində, Londonda, Böyük 20-nin zirvəgörüşündə qarşılaşacaqlar.
"İrana gəldikdə, bizim bu ölkə ilə dolğun münasibətlərimiz mövcuddur. Lakin bizim mövqe, BMT-nin məlum qətnamələri və BATENA-nın yanaşmaları üzərində formalaşıb - İranın nüvə proqramı dinc xarakterli olmalıdır."
Prezident Buşun hakimiyyəti dövründə Amerika fəal surətdə Şərqi Avropada raket sipəri yerləşdirməyə çalışırdı. ABŞ deyirdi ki, əsas məqsəd İranın raket zərbələrindən müdafiədir.
Lakin Rusiya bunu öz təhlükəsizliyi üçün ziyanlı plan kimi qəbul edir.
Əfqanıstan məsələsi
BBC-yə müsahibədə Medvedev Əfqanıstandakı vəziyyətdən də danışıb.
"Burada bir sıra təhlükələr var. Buna görə də, biz bu ölkədə qayda-qanunun yaradılması istiqamətindəki səylərdə iştirak etməyə hazırıq."
"Gec-tez Əfqanıstanda normal, inkişaf etmiş siyasi struktur yaradılmaldır.
Əfqanıstanı alyansın köməkliyi ilə xaricdən idarə etmək mümkün deyil. Əfqanıstan özü demokratiyaya yol tapmalıdır."