Cundullahın lideri həbs edildi
24 Dekabr 2010 Cümə 12:30
Əbdülrauf Riqi Pakistanda saxlanılıb
“Cundullah” (“Allahın döyüşçüləri”) qruplaşmasının lideri Əbdülrauf Riqi Pakistanda həbs edilib. Bu məlumatı İranın “İRNA” agentliyi yayıb. Bu ilin iyun ayında edam edilmiş “Cundullah”ın lideri Əbdülmalik Riqinin yerini tutan Əbdülrauf dünən axşam saatlarında saxlanılıb.
Xatırladaq ki, “Cundullah” qruplaşması 2003-cü ildə yaradılıb. Bu müddət ərzində “Cundullah” İran və Pakistanın Belucistan əyalətində çox sayda teror aktları, oğurluq, insanların qaçırılmasını həyata keçirib.
Rəsmi Tehran “Cundullah”ın ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanları ilə əlaqəli olduğunu iddia edir.
DOSTLARINLA PAYLAŞ: