Cümhuriyyətin liderinin qızına qarşı sui-qəsd cəhdi oldu
06 İyun 2013 Cümə Axşamı 07:44
Şimali Kipr Türk Cümhuriyyətinin lideri Dərviş Əroğlunun qızını öldürmək istəyiblər.
Şimali Kipr Türk Cümhuriyyətinin lideri Dərviş Əroğlunun qızı Rəsmiyyə Canaltaya qarşı sui-qəsd törədilib.
Türkiyə mətbuatının verdiyi məlumata görə, sui-qəsdçi Rəsmiyyə Canaltayın avtomobilinin əyləclərini sıradan çıxarıb, onu qəzaya uğratmaq istəyirmiş. O, əyləcləri sıradan çıxarmağa nail olsa da, planın ikinci hissəsi həyata keçməmiş həbs edilib.
Sui-qəsdçinin adı və sui-qəsd cəhdinin motivləri barədə məlumat verilmir.
DOSTLARINLA PAYLAŞ: