Culian Assanc hərraca çıxarılır
16 İyun 2011 Cümə Axşamı 05:49
Ən yüksək məblğli təklifi verən ilk 8 nəfər Culian Assancla nahar edəcək.
ABŞ və bəzi ölkələrə aid məxfi sənədləri yayımlayaraq bir anda dünyanın gündəmində olan “Wikileaks” internet saytı özünə maliyyə mənbəyi tapmaq üçün qeyri-adi yola müraciət edib. Saytın yaradıcısı Julian Assancın nagharını həraca çıxaran sayt ən yüksək məblğli təklifi verən ilk 8 nəfərin Assancla nahar edəcəyini elan edib.
Qeyd edək ki, naharda Assancla yanaşı sloveniyalı Marksist fəlsəfəçi Slavoy Jijek də iştirak edəcək.
Bundan başqa açıqlamada bəxti gətirən ilk 8 nəfərin iyulun 2-də Londonun ən yaxşı yeməkxanasında Assanc və Jijeklə edəcəyi nahardan sonra “Wikileaks”in təsirləri mövzusunda söhbətdə iştirak edəcəyi bildirilib.
“eBay” internet saytında 1 gün əvvəl 350 funt-sterlinq (452 manat) ilə başlayan hərrac gələn həftənin ilk günü (20 iyun) başa çatacaq. anspress
DOSTLARINLA PAYLAŞ: