Culian Assanc Ekvadordan siyasi sığınacaq istədi
20 İyun 2012 Çərşənbə 01:09
XİN: “Ekvador müraciəti öyrənir və təhlil edir”.
“Wikileaks” saytının yaradıcısı Culian Assanc Ekvadorun Londondakı səfirliyinə gedərək, bu Latın Amerikası ölkəsindən siyasi sığınacaq istəyib. Məlumatı Britaniyanın “Sky News” telekanalı yayıb.
“Ekvador müraciəti öyrənir və təhlil edir”, - Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Patinyo Aroka bildirib.
Culian Assancın hazırda diplomatik nümayəndəliyin binasında olduğu barədə məlumatlar var.
“Wikileaks” saytında yüz minlərlə qalmaqallı sənəd dərc edildikdən sonra məşhurlaşan Culian Assanc 7 dekabr 2007-ci ildə Londonda İsveç tərəfindən verilmiş order əsasında həbs edilib. Dekabrın 16-da London məhkəməsi onu girov müqabilində azadlığa buraxıb. O vaxtdan qalmaqallı saytın yaradıcısı Londonun şərqində biznesmen dostu Von Smitin evində faktiki ev dustaqlığında yaşayıb.
Stokholm prkuorluğu onun İsveçdə seksual xarakterli cinayətlərlə bağlı dindirilməsi üçün bu ölkəyə verilməsini tələb edir.
DOSTLARINLA PAYLAŞ: