Culian Assanc edam oluna bilər
13 Yanvar 2011 Cümə Axşamı 12:55
Culian Assanc edam oluna bilər. Onun vəkilləri bundan narahatdırlar.
“Wikileaks” saytının təsisçisi Culian Assanc İsveçə təhbil verilərsə, ABŞ hakimiyyəti onun Amerikaya ekstradisiyasına çalışacaq. Bu baş tutacağı təqdirdə isə o ya Quantanamo həbsxanasına salına, ya da edam oluna bilər. ANS PRESS-in “The Independent”ə istinadən verdiyi xəbərə görə, Culian Assancın vəkilləri bu fikirdədirlər.
Məlumata görə, ötən gün Assancın ekstradisiyası ilə bağlı baş tutan qısa ilkin dinləmələrdən sonra onun müdafiəçiləri 35 səhifədən ibarət sənəd açıqlayıblar. Burada sözügedən məsələ üzrə əsas dinləmələr üçün hazırlanmış dəlillər göstərilir. Dinləmələr fevralın 7-si Londonun Vuliçs dövlət məhkəməsində başlamalıdır.
Hüquqşünaslar öz narahatçılıqlarını məşhur amerikalı siyasətçilərin açıqlamaları ilə əsaslandırırlar. Belə ki, prezident postuna iddia edən respublikaçı Mayk Hakabi Assancla bağlı bəyan edib ki, “edamdan başqa istənilən cəza yumşaq olacaq”, Alyaska ştatının sabiq qubernatoru Sara Peylin isə Assancı “Əl-Qaidə” və “Taliban” liderləri ilə bərabər səviyyədə təqib etməyin gərək oldğunu bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: