Culian AsancHilari Klintonu istefa verməyə çağırıb
02 Dekabr 2010 Cümə Axşamı 07:55
Ağ ev isə sayt rəhbərinin bu sözlərini məsuliyətsiz və ağılsız adlandırıb
“Wikileaks” sayıtının rəhbəri Culian Asanc Amerika Birləşmiş Ştatları Dövlət katibi Hilari Klintona müraciət edərək onun əmri ilə BMT-də casusluq fəaliyyətinin apırlamsının sübut ediləcəyi təqdirdə onu istefa verməyə çağırıb. “Time” jurnalına müsahibə verən Culian Asanc bunun beynəlxalq razılşmanın pozulması olduğunu deyib. Ağ ev isə sayt rəhbərinin bu sözlərini məsuliyətsiz və ağılsız adlandırıb. Ağ ev Birləşmiş Ştatlar diplomatlarını casusuluqda əli olmadığını bildirir. “Mən hesab etmirəm ki, bu hər iki halda nəysə böyük dəyişiklik etsin. Amma onun Amerika Birləşmiş Ştatlarının BMT-dəki diplolmatlarına casusluq etməyə əmrə görə məsuliyət daşıdığı sübut edilərsə o istefa verməli olacaq. Bu Amerika Birləşmiş Ştatlarının imzaladığı beynəlxalq konvensiyaya ziddir. Bəli o istefa verməli olacaq”.
Qeyd edək ki, Culian Asanc zorakılıq törətməkdə ittiham edilərək barəsində interpol vasitəsi ilə beynalxalq axtarış elan edilib.
DOSTLARINLA PAYLAŞ: