ABŞ-ın vitse-prezidenti Cozef Bayden bu gün Kiyevə gəlib. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, Bayden ölkə rəhbərliyi, aparıcı siyasətçilər və biznesmenlərlə görüşmək niyyətindədir.
Əsas səfər proqramı 21-22 iyul tarixlərinə nəzərdə tutulub.
Xatırladaq ki, əvvəllər Ağ evin mətbuat xidməti bildirmişdi ki, Kiyevdə ABŞ və Ukrayna prezidentlərinin mümkün görüşləri məsələsi müzakirə olunacaq. /ANS PRESS/