Çoxarvadlı CAR prezidenti yenə evləndi
21 Aprel 2012 Şənbə 03:24
İndi ölkənin rəsmən dörd “birinci xanım”ı var.
Cənubi Afrika Respublikasının prezideti, poligamiya (çoxvarvadlılıq) tərəfdarı olan Cakob Zuma yenidən evlənib. Onun yeni həyat yoldaşı CAR-ın dördüncü rəsmi “birinci xanım”ı olub. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi məlumata görə, evlilik xəbərini CAR prezidentinin administrasiyası yayıb.

Qapalı toy mərasimi Cakob Zumanın evində keçirilib. CAR prezidenti və yeni həyat yoldaşı, əvvəllər informasiya texnologiyaları sahələrində çalışmış Bonqi Nqema çoxdan tanışdırlar. Qadın CAR-da yaxşı tanınır və indiyədək bir neçə dəfə prezidenti rəsmi səfərlərdə müşayiət edib.

Prezident administrasiyasının məlumatına görə, toy zulus qəbiləsinin adətlərinə uyğun keçirilib. Bəy və gəlin ənənəvi bayram rəqsində iştirak ediblər

CAR prezidentinin 21 övladı var. O, Sizakele Zuma (Sizakele Zuma), Nompumelelo Ntuli-Zuma (Nompumelelo Ntuli-Zuma) i Tobeke Madiba-Zuma (Tobeka Madiba-Zuma) ilə də evlidir. Dövlət başçısı arvadlarından biri - daxili işlər naziri Nkosazanoy Dlamini-Zuma (Nkosazana Dlamini-Zuma) ilə boşanıb. Onun başqa bir arvadı - Keyt Mantşo-Zuma (Kate Mantsho-Zuma) isə 2000-ci ildə intihar edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar