Çoxalan erməni vəqfləri barədə həyəcan təbili
13 Oktyabr 2012 Şənbə 02:32
ASİMDER bu vəqflərin fəaliyyəti barədə Daxili işlər nazirliyindən hesabat istəyib.
Türkiyədə erməni vəqflərinin çoxaldığını irəli sürən Əsassız erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) Daxili İşlər nazirliyindən bu qurumların fəaliyyəti barədə hesabat tələb edib. Osmanlı dövründə dövlətə qarşı meydana gələn erməni üsyanlarının mənbəyinin bu vəqflər olduğunu deyən dərnəyin sədri Göksel Gülbey müasir dövrdə bu qurumların sayının təhlükəli həddə çatdığını bildirib. Hazırda Türkiyədə 57 erməni vəqfi olduğunu deyən Gülbey bu rəqəmin təşviş yaratdığını vurğulayıb.

İstanbul valiliyinə və Daxili işlər nazirliyinə ərizə ilə müraciət edən dərnək rəhbəri bu vəqflərin fəaliyyəti və üzv sayı barədə hesabat istəyib. Xüsusilə İstanbulda 52 vəqf olduğuna diqqəti cəlb edən ASİMDER rəsmisi məqsədləri eynidirsə bir şəhərdə bu qədər çox vəqfin fəaliyyətinin hökmən araşdırılmalı olduğunu qeyd edib.

Bu vəqflərin xüsusilə Türkiyənin həssas bölgələri olan İstanbul, Diyarbəkir, Mardin və Hatay kimi yerlərdə olmasının qorxulu olduğunu deyən Gülbey terrora dəstək verən ermənilərin hələ də Türkiyədə yaşdığını bildirib. Azərbaycanlı bir erməninin qonşusuna, “Biz Qarabağ hadisələri üçün illərdir pul və silahg toplayırdıq” – dediyini xatırladan Göksel Gülbey eyni təhlükənin Türkiyəni də gözlədiyini vurğulayıb.

“Yadımdadır, 1988-ci ildə Bakıda, Qarabağda ermnənilərin törətdiyi hadisələrə qarşı etiraz aksiyaları keçirilirdi. Hamı ermənilərin bir anda necə silahlandığına və silahı hardan tapdığına təəccüblənmişdi. Azərbaycanlı bir erməni isə yerli qonşusuna, Qarabağ hadisələri üçün illərdir hazırlandıqlarını, pul və silah yığdıqlarını demişdi. İndi hardan bilirik ki, Türkiyədə olan erməni vəqflərinin bu istiqamətdə fəaliyyətləri yoxdur? Ermənilər hər fürsətdən istifadə edirlər. Osmanlı dövlətini də arxadan vurmuşdular. “Tarix təkrar edər” – deyiblər. Bu düzdür? Bu səbəblə biz də dərnəyimiz adına İstanbul valiliyi və Daxili İşlər nazirliyindən bu vəqflərə nəzarət və onların fəaliyyəti barədə hesabat istəmişik” – deyə Gülbey bildirb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar