Çovğun Təbrizdə məktəblərin bağlanmasına səbəb olub
08 Noyabr 2011 Çərşənbə Axşamı 17:11
İranın Ərdəbil, Şərqi Azərbaycan və Qərbi Azərbaycan ostanlarına güclü qar yağıb.
Güclü qar və çovğun İranın Şərqi Azərbaycan və Qərbi Azərbaycan ostanlarının bir neçə şəhərində məktəblərin bağlanmasına səbəb olub. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, son bir neçə gün ərzində İranın müxtəlif regionlarında, o cümlədən Qərbi Azərbaycan ostanı, Ərdəbil ostanı və paytaxt Tehrana güclü qar yağıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar