Çörəyi iki ay təzə saxlamaq mümkün olacaq
02 Dekabr 2012 Bazar 13:48
Amerika alimləri fenomenal texnologiya hazırlayıblar.
ABŞ-ın Microzap şirkəti fenomenal texnologiya hazırlayıb. ANS PRESS-in məlumatına görə, bu texnologiya sayəsində undan hazırlanmış istənilən qida məmulatını iki ay ərzində təzə saxlamaq mümükn olacaq.
Adi üsulla hazırlanmış çörək ən geci 6-7 günə kiflənir. Əgər çörəyi sellofan paketdə saxlasaq, onda olan kif göbələkləri bundan iki dəfə sürətlə artıb çoxalacaq.
Yeni texnologiyanın mahiyyəti ondan ibarətdir ki, burada çörəyin tərkibində olan göbələklər mikrodalğalı şüalanma ilə məhv ediləcək.Alimlər bu texnologiya sayəsində nəinki un məmulatıarını həmçinin tərkibində göbələk olan digər ərzaqların da saxlama müddətini artırmağa ümid edirlər.
DOSTLARINLA PAYLAŞ: