Çörəkpulu üçün hicabını soyundu
12 İyun 2010 Şənbə 05:40
Aktrisa müsahibələrindən birində xüsusi bir dəvətlə hicab geyindiyini demişdi.
Türkiyənin məhşur aktrisası və müğənni Fərdi Tayfurun keçmiş həyat yoldaşı Necla Nazır uzun illərdir geyindiyi hicabını çıxarıb. Qeyd edək ki, 16 yaşından aktrisalığa başlayan, 60-dan çox film və serialda çəkilən Necla Nazır qızı dünyaya gəldikdən sonra hicab geyinərək dini həyata başlamışdı.

N. Nazır hicab geyindikdən sonra dini film olan “Sevgi Ana” və “Hakkını Helal Et” seriallarında çəkilərək kino həyatına davam etmişdi.

Jurnalistlərin suallarına cavab verən Necla Nazır, Fərdi Tayfurdan ayrıldığını, çörək pulu qazanmaq üçün hicabı çıxardığını və film təklifləri gözlədiyini deyib. “Artıq məni belə görəcəksiniz. Bu yaxınlarda yeni seriala çəkiləcəyəm. Başqa təkliflər də gözləyirəm”.

Xatırladaq ki, Necla Nazır qəzetlərdən birinə verdiyi müsahibədə, yuxuda mərhum əmisinin ona peyğəmbərdən (əs) salam gətirdiyini, bu yuxunun təsirində qalaraq hicab geyindiyini demişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar