Corc Sorosu öldürdülər
20 Aprel 2013 Şənbə 10:54
Reuters agentliyinin səhvi dünyanın ən zəngin adamlarından birinə baha başa gəldi.
Britaniya mətbuatı dünyanın ən zəngin şəxslərindən olan Corc Sorosu ölməsi haqda xəbər yayıb. Belə ki, "Reuters" aprelin 18-də saytında 82 yaşlı Sorosun vəfatı ilə əlaqədar min sözdən ibarət nekroloq yerləşdirib. Məqalədə Sorosun karyerası, milyonçunun xeyriyyəçilik sahəsində gördüyü işlər haqda ətraflı məlumat yazılıb. Lakin onun ölüm tarixi və yaşı olan yer boş buraxılıb.
Lakin sonradan C. Sorosun heç də ölmədiyi və Nyu-Yorkda olduğu açıqlanıb. Məsələ ilə bağlı "Reuters" üzr istəyib və yalnışlıq olduğunu bildirib.
Qeyd edək ki, Corc Soros amerikalı milyarder və macar əsilli maliyyəçidir. O, "İngiltərə Bankını sındıran adam" kimi tanınır. O, həm də xeyriyyəçiliklə məşğul olan "Soros Fondu"nun təsisçisidir.
DOSTLARINLA PAYLAŞ: