Corc Kluni Sudan prezidentinə qarşı çıxdı
14 Oktyabr 2010 Cümə Axşamı 12:10
Hollivud aktyoru Corc Kluni Ömər Bəşirin hesabını dondurmağa çağırıb.
BMT-nin xoşməramlı səfiri – amerikalı aktyor Corc Kluni hərbi cinayətlərdə ittiham olunan Sudan prezidenti Ömər Bəşirin xarici aktivlərinin dondurulmasını təklif edib. ANS PRESS-in BBC-yə istinadən verdiyi xəbərə görə, Sudandan yenicə qayıtmış Kluni bildirib ki, bu tədbirlər ölkə hökumətinə təzyiq göstərməyə kömək edərdi.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Darfur vilayətində hərbi cinayətlər törətməkdə ittiham edilən Ömər Bəşir barəsində həbs qərarı çıxarıb. Lakin bu onun cari ilin aprel ayında baş tutan prezident seçkisində ikinci müddətə seçilməsinə heç bir maneəçilik törətməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: