Corc Buş sehven başsağılığı verib
02 Sentyabr 2013 Bazar Ertəsi 01:35
Corc Buş Nelson Mandelanın öldüyünü zenn edib.
ABŞ-ın sabiq prezidenti Corc Buş (ata) Cənubi Afrika Respublikasının (CAR) sabiq lideri Nelson Mandelanı dəfn eləməyə tələsib. Buş hələ həyatda olan Mandelanın öldüyünü zənn edərək onun ailəsinə və CAR xalqına özünün və xanımının adından başsağlığı verib. Halbuki bu gün Mandela xəstəxanadan evə buraxılıb.
Az sonra Buşun nümayəndəsi Jim McGrath özünün Twitter mikrobloqunda bunun “axmaq bir səhv” olduğunu və “Washington Post”da getmiş yazının sərlövhəsini yanlış anladığını yazaraq üzr istəyib./musavat.com/
DOSTLARINLA PAYLAŞ: