Corc Buş baba olacaq
12 Dekabr 2012 Çərşənbə 21:41
ABŞ-ın sabiq prezidentinin qızı hamilədir.
ABŞ-ın sabiq prezidenti Corc Buşun 31 yaşlı qızı Cenna Heyqer hamilədir. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə o, NBC telekanalının “Bu gün” verilişində bildirib.
Bunu eşidən baba Corc Buş efirə zəng edib və sevincini qızı ilə bölüşüb. C. Buşun ailəsində artım gələn ilin yazında gözlənilir. Bu xəbər nəinki televiziya tamaşaçılarını, hətta ABŞ-ın 43-cü prezidentini də təəccübləndirib.
O, həyat yoldaşı Lora ilə birgə canlı efirə qoşularaq deyib ki, nəvəsini öz “Ford”u ilə qızının rançosunun ətrafında gəzdirəcək.
DOSTLARINLA PAYLAŞ: