Con Lennonun qatilinin məktubları hərraca çıxarılır
19 Fevral 2013 Çərşənbə Axşamı 11:22
Mark Çəpmən həmin məktubları Nyu-York polisinə yazmışdı.
Əfsanəvi "Beatles" qrupunun üzvü Con Lennonun qatili Mark Çəpmənin Nyu-York polisinə yazdığı məktublar hərraca çıxarılıb. 1980-ci il dekabrın 8-də törətdiyi cinayətdən dərhal sonra həbs edilmiş Çəpmənin məktublarının 75 min dollara satılacağı proqnozlaşdırılır.
Hərracı ABŞ-ın tarixi sənədlərin satışı ilə məşğul olan "Moments in Time" hərrac evi təşkil edib. Satışa çıxarılmış məktubları Con Lennonun qatili ömürlük həbs cəzası aldıqdan sonra 1983-cü ildə bir neçə ay ərzində Stiven Spiro adlı polisə yazıb.
Qeyd edək ki, ötən ilin avqustunda 57 yaşlı Mark Çəpmənin vaxtından əvvəl şərti azadlığa buraxılması tələbi 7-ci dəfə rədd edilib.
DOSTLARINLA PAYLAŞ: