Con Kerri Türkiyəyə gəlir
03 Aprel 2013 Çərşənbə 13:03
Con Kerri yenidən İstanbula gəlir.
ABŞ Dövlət Departamentinin katibi Con Kerri yenidən Türkiyəyə səfər edəcək. O, səfər zamanı türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşəcək. Türkiyə mətbuatı tərəflərin görüşnün tarixi və yerinin hələlik dəqiqləşdirilmədiyini yazır. Amma Kerri ilə Davutoğlunun bazar günü İstanbulda görüşəcəkləri ehtimal edilir.
Görüş zamanı Yaxın Şərqdə sülh prosesi, Türkiyə-İsrail münasibətləri, eləcə də Suriya, İraq və Kiprdəki hadisələrin əsas olayları gündəmdə olacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar