Con Kennedinin kürsüsü və bayrağı satılacaq
25 Oktyabr 2013 Cümə 17:00
Kürsüyə 50 min, bayraqlara isə 100 min ABŞ dolları təklif olunub.
Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Con Kennediyə məxsus kürsü və iki prezident bayrağı hərraca çıxarılacaq. Artıq bu əşyalar ictimaiyyətə təqdim olunub. Eksponatlar Texasın Dallas şəhərində hərraca çıxarılmazdan əvvəl Nyu-York şəhərində nümayiş etdirilib.

Con Kennedinin Ağ Evdə istifadə etdiyi kürsünün azı 50 min dollara satılacağı proqnozlaşdırılır. Kennedinin oval kabinetdəki iş stolunun üstünə qoyulan iki bayrağa isə 100 min dollaradək pul ödəniləcəyi gözlənilir. Eksponatlar Kennedinin pərəstişkarı olan şəxsin kolleksiyasina aid 110 əşya arasında yer alıb.

Onlar Nyu-Yorkda oktyabrın 30-dək nümayiş etdiriləcək, Dallasda hərrac isə noyabrın 23-də keçiriləcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar