Çobanın qisası
05 Aprel 2010 Bazar Ertəsi 17:45
50 qoyunu parçalayan canavarı itlərə yem etdi
Suriyada uzun müddətdir canavarların hücumlarından əziyyət çəkən çoban canavardan qisas almağa müvafiq olub. Yırtıcılara qarşı tələ quran çoban canavarı qəddar üsulla cəzalandırıb.
Heyvanların otarıldığı yerin yaxınlığında olan tövləyə hücum edən canavarlar tələni hiss edərək qaçmağa başlayıb. Tövləyə girən canavarlardan biri isə 50 qoyunu parçalayıb, onlarla qoyunu isə yaralayıb. Heyvanları parçaladıqdan sonra ayağı dəmir qapanda qalaraq qırılan canavar çobanın əlinə keçib. Canavarı dəmir qəfəsə salan çoban, onun ayaqlarını qırdıqdan sonra 5 çoban itinin önünə atıb və itlərin yırtıcını necə parçalamasını izləyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: