“CNN” rəhbəri reytinq qurbanı oldu
30 Noyabr 2012 Cümə 07:57
Telekanalın rəhbəri istefaya gedib
“CNN” telekanalının rəhbəri Çim Uolton istefaya gedib. Onun vəzifəsinə isə “NBS” telekanalının keçmiş rəhbəri Çeff Cuker təyin olunub. Çim Uoltunun istefaya getməsinin səbəbini telekanalın reytinqinin aşağı düşməsi ilə əlaqələndirilir. Vəzifəyə təyin olunan 47 yaşlı Çeff Cukerin isə jurnalistikada kifayət qədər təcrübəsi var.
Xatırladaq ki bir müddət əvvəl BBC kanalının da rəhbəri ingiltərədə cinsi zorakılıqla bağlı qalmaqaldan sonra istefaya getmişdi.
DOSTLARINLA PAYLAŞ: