Cinsi zorakılığa son qoyulacaqmı?
30 Sentyabr 2009 Çərşənbə 22:30
Cinsi zorakılığa son qoyulacaqmı? BMT-nin Təhlükəsizlik Şurası yeni qətnamə qəbul edib.
BMT-nin Təhlükəsizlik Şurası (TŞ) yeni qətnamə qəbul edib. Yekdilliklə qəbul olunan qətnamə müharibələrdə törədilən cinsi zorakılığa son qoymaq üçün effektiv tədbirlərin görülməsini nəzərdə tutur.

Yeni qətnamə həmçinin əsgərlərin hazırlığına diqqətin artırılması, cinsi zorakılıq ittihamlarının diqqətlə araşdırılması və ölkələrin hüquq sistemlərinin beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasını planlaşdırır.

Qətnamədə keçmiş Yuqoslaviya, Sudanın Darfur əyalətində, KXDR, Konqo, Ruanda və Liberiyada qəsdən kütləvi cinsi zorakılıq faktlarının olması göstərilir.

Qeyd edək ki, bu məsələ ilə əlaqədar ötən il də qətnamə qəbul edilmişdi. Həmin qətnamədə müharibədə cinsi zorakılığın alçaldılma, qorxutma və dünya xalqlarının zorla köçürülməsi üçün tədbiq olunduğunu etiraf edilib.ANSPRESS






DOSTLARINLA PAYLAŞ:

oyunlar