Cinsi azlıqlar üçün xüsusi şəhər
01 Sentyabr 2011 Cümə Axşamı 12:21
İspaniyada xüsusi şəhərin salnıb salınmayacağı referendumdan sonra bilinəcək
İspaniyada ancaq cinsi azlıqlar üçün xüsusi şəhər salınacaq. Bu, 2012-ci ilin yanvar ayına planalaşdırılan referndumda 1274 şəhər sakininin 1000 nəfərindən artığının müzakirə edilən təkliflərdən birinə müsbət səs verəcəyi təqdirdə baş tuta bilər. Bu baş verərsə, Malaqa əyalətindəki Moklineho şəhəri dünyada mavilərin və lesbiyanların yaşadığı ilk yaşayış məntəqəsi olacaq. Bundan əlavə, bu şəhərdəki bütün evlər çəhrayı rəngə boyanacaq.
Bu təşəbbüs hər il keçirilən beynəlxalq mavilər festivalının təşkilatçısı olan Havyer Çeka tərəfindən irəli sürülüb. Təşəbbüsü Moklineho meri də dəstəkləyib.
İndidən hətta cinsi azlıqların zövqünə uyğun 600 evin inşaası üçün bir neçə şirkət ilə müqavilə də imzalanıb.
Şəhər merinin sözlərinə görə, belə şəhərin inşaası ilk növbədə iqtisadi problemlərin həllinə, inşaat sahəsindəki işsizlərin sayının azalmasına, eləcədə turizm potensialının inkişafına kömək edəcək.
DOSTLARINLA PAYLAŞ: