Cinsi azlıqlar üçün içki
18 Fevral 2011 Cümə 11:48
Meksikada istehsal edilən pivə homoseksuallar üçün nəzərdə tutulub
Müksikada homoseksuallar üçün xüsusi pivə istehsal edilib. ANS PRESS-in "The Daily Telegraph"a istinadən verdiyi məlumata görə, "Minerva" şirkəti tərəfindən istehsal edilən pivənin yüngül ballı dadı var. Butulkanın üzərindəki etiketlərdə isə homoseksual hərəkatın simvollarının təsviri hiss olunur.

Pivə növlərindən biri "Bənövşəyi əl" (Purple Hand) adlanır ki, bu da 1969-cu ildə San Fransiskoda cinsi azlıqların hüquqları uğrunda mübarizə aparan təşkilatın adına uyğundur.

Adıçəkilən içkilər artıq paytaxt da daxil olmaqla bir neçə şəhərin mağazalarında satışa çıxarılıb. Bundan əlavə, pivənin bu növünə ABŞ və bəzi Latın Amerikası ölkəərindən də sifarişlər qəbul edilməyə başlanılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar