Çinlilər valideynlərinə qayğı göstərməyə məcbur ediləcəklər
07 Yanvar 2011 Cümə 15:20
Bunun üçün ölkədə xüsusi qanun layihəsi hazırlanır
Çin hökuməti vətəndaşlarını öz valideynlərinə baş çəkməyə məcbur edəcək. Bu ölkədə övladların valideynlərini qayğı göstərməsi bundan sonra qanunla tənzimlənəcək. Hazırlanacaq qanun layihəsinə əsasən Çinin yaşlı vətəndaşları öz övladlarından fiziki və emosional qayğı görmədikdə onları məhkəməyə verə biləcəklər.

Böyüklərə hörmət Çin mədəniyyətinin ayrılmaz tərkib hissəsi olsa da son zamanlar bu ölkədə ailə ənənənələri nəzərəçarpacaq dərəcədə zəiflədiyi müşahidə olunur. Psixoloqlar bunu çinli vətəndaşların maddi səviyyələrinin aşağı düşməsi ilə əlaqələndirirlər. Statiskaya görə, isə Çində yaşlı vətəndaşların sayı son zamanlar daha da artıb. Çin əhalisinin 1/8 hissəsini, yəni 167 milyon nəfərini 60, daha bir milyonu isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Bu insanların yarıdan çoxunun tək yaşadıqları bildirilir. Çinli vəkil SyanTsyun isə problemi aradan qaldırmaq üçün ilk növbədə əhalinin dini və mənəvi cəhətdən savadlanmasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, yayılan son məlumatlarda Çində qocalar evlərinin sayının da günü-gündən artdığı bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar