Çinlilər toyuğa da rəqib oldular
13 Yanvar 2012 Cümə 03:46
Çin indi də saxta yumurta istehsalına başlayıb.
Dünyada hər şeyi ustalıqla təqlid edən Çin indi də saxta yumurta istehsalına başlayıb. Məlumata görə, Çinin Şandun əyalətində polislər bir evdə kustar üsulla yumurta istehsal edildiyini müəyyənləşdirib.
Qeyd edək ki, əvvəl qəlibdə yumurtanın sarısı, onun üstündən isə ağ hissəsi hazırlanır. Axırıncı mərhələ isə qabığın hazırlanmasıdır.
Çinlilər hazırlanan bu saxta məhsullara “insan istehsalı yumurta” (man-made egg) deyirlər. İstehsalı Çin dövləti tərəfindən qadağan edilsə də bu yumurtalar Malaziyaya ixrac edilir.
DOSTLARINLA PAYLAŞ: