Çinlilər İngilis dilini ingilislərdən yaxşı bilirmiş
04 Oktyabr 2009 Bazar 20:30
Böyük Britaniya ekspertləri bu fikirdədirlər
Böyük Britaniya ekspertlərinin bu günlərdə apardıqları son tədqiqatların nəticələrinə görə, yerli tələbələr öz doğma dillərini pis bilirlər. Belə ki, onlar İngilis dilində yazdıqları yazılarda Çin, Sinqapur və İndoneziyadan olan yaşıdlarından üç dəfə çox səhv buraxırlar.

”Əcnəbi tələbələr punktuasiya, qrammatika və imlada daha diqqətlidirlər və az səhv buraxırlar. Biz ana dilinin səviyyəsini qaldırmalıyıq”, - deyə ekspertlərdən biri bildirib.ANSPRES


DOSTLARINLA PAYLAŞ:

oyunlar