10 000 çinlidən yeni rekord
13 Avqust 2010 Cümə 20:40
Çinli tələbələr domino effekti yaradıb.
Çində 10267 tələbənin iştirakı ilkə yeni rekord müəyyənləşdirilib. Belə ki, internetdə yaradılan “flash-mob” qrupu tərəfindən “təbiəti seyr etmək və yaşıllığa məhəbbət” devizi ilə təşkil olunan layihənin məqsədi gənclər arasında idman məşğələlərinə daha çox vaxt ayrılmasını təbliğ etmək olub.
Geniş sahədə həyata keçirilən domino effekti 1 saat 10 dəqiqə davam edib. “Ginness” rekordları üzrə hakimlərin də iştirak etdiyi layihədə yeni rekord qeydə alınmış hesab olunub. Belə ki, daha öcə damino effekti üzrə rekord Sinqapurda 9234 nəfrin iştirakı ilə qeydə alınmışdı.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: