Çin Xalq Respublikasında ildə 13 milyon qadın abort etdirir. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə müvafiq araşdırmalara istinadən “China Daily” qəzeti məlumat yayıb.
Ekspertlərin rəyinə görə, hazırkı vəziyyət qeyri-məqbuldur və ilk növbədə gənclər arasında cinsi tərbiyənin gücləndirilməsi hesabına bu hal aradan qaldırılmalıdır.
Ailələrin Planlaşdırılması üzrə Komissiyanın nümayəndələrindən biri U Şançunun qəzetə bildirdiyinə görə, abort prosedurunu keçən qadınların yalnız 50 faizi arzuolunmaz hamiləliyin qarşısını almağın üsulunu bilir. /ANS PRESS/