Çinin neft şirkətinin keçmiş rəhbərinə ölüm hökmü verilib
15 İyul 2009 Çərşənbə 13:00
O böyük miqdarda rüşvət almaqda və səlahiyyətlərindən sui-istifadədə günahlandırılır

 

Çinin "China Petroleum and Chemical Group" neft şirkətinin keçmiş rəhbəri Çen Tunxaya ölüm hökmü verilib. "RBC"nın məlumatına görə, o, rüşvət aldığı və səlahiyyətlərindən sui-istifadə etdiyinə görə, bu cəzaya layiq görülüb və hökm iki il ərzində həyata keçiriləcək.

Qeyd edək ki, Tunxay 2007-ci il iyun ayında rəhbər vəzifədən şəxsi səbəblərə görə istefa verib. Bundan sonra bir sıra maliyyə problemlərinə görə, onunla bağlı hakimiyyət araşdırma aparmağa başlayıb. 2007-ci ilin payızında öz səlahiyətlərindən sui-istifadə etdiyinə görə saxlanılıb. Məlumata görə, Çen məşuqəsinin istəklərini yerinə yetirmək üçün böyük miqdarda rüşvət də alıb. ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar