Çin-Rusiya anti-terror təlimlərində iştirak edən Çinin hərbi təyyarəsi qəzaya uğrayıb. Bu barədə məlumatı Çinin Sinxua agentliyi yayıb. Qəza iki nəfər heyəti olan hərbi təyyarənin Taonan şəhərində taktiki təlim bazası üzərindən uçarkən baş verib. Pilotların taleyi barədə məlumat verilməyib.
Qəzanın səbəbləri Çinin təhlükəsizlik qüvvələri tərəfindən araşdırılır.
Qeyd edək ki, Çin və Rusiya iyulun 22-dən başlayaraq, "Sülh missiyası 2009" adlı 5 günlük anti terror hərbi təlimini keçirəcək. Təlimdə hər iki tərəfdən 1300 hərbiçi iştirak edəcək./ANS TV/