Çinin cənubunu sel basıb. Leysan yağışları torpaq suruşmələrinə, yolların bağlanmasına, nəqliyyatın iflic olmasına, bir sıra ərazilərdə isə sakinlərin öz evlərini tərk etməsinə səbəb olub. Daşqınlara ən çox Hunan, Anhui, Quijou, Yunnan vilayətləri məruz qalıb.
Daşqın su anbarlarında suyun səviyyəsinin təhlükəli həddə çatmasına səbəb olub. Ölkədə hələlik əhalinin kütləvi evakuasiyası aparılmasa da, sakinlər tezliklə evlərini tərk etməkdən ehtiyat edirlər. Hətta dəmir yolları da daşqın sularından ciddi zərər görüb. Yunnan vilayətində güclü yağışlar əsasən kiçik çayların daşmasına səbəb olub.
Çinin Daşqınlar və Quraqlıqla Mübarizə Qərargahı bu mövsüm ərzində daşqınlar nəticəsində 95 nəfərin öldüyünü, 21-nin isə itkin düşməsi barədə məlumat yayıb./ANS TV/