Çinin cənub-qərbində torpaq sürüşməsi baş verib
04 Sentyabr 2010 Şənbə 22:30
24 nəfər həlak olub, 24 nəfər isə itkin düşüb.
Çinin cənub-qərbində yerləşən Yunnan əyalətində torpaq sürüşməsi nəticəsində 24 nəfər həlak olub, 24 nəfər isə itkin düşüb.
Çinin “Sinxua”dövlət agentliyinin verdiyi məlumata görə, Baoşan şəhəri yaxınlığında baş verən torpaq sürüşməsinə leysan yağışları səbəb olub.
Ümumiyyətlə son zamanlar Çində daşqınlar və leysanlar nəticəsində 3185 nəfər ölüb. Təqribən min nəfərin isə itkin düşdüyü bildirlir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: