Çində zəlzələ olub
31 Yanvar 2010 Bazar 03:15
Çində 5,2 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar 8 ay əvvəl zəlzələnin əsl fəlakətə səbəb olduğu Sıçuan əyalətində qeydə alınıb
Çinin Sıçuan əyalətində 5,2 bal gücündə zəlzələ baş verib. Bu barədə məlumat ABŞ-ın Geoloji Xidmətinin saytında yerləşdirilib.
Bakı vaxtı ilə saat 1.37-də baş vermiş zəlzələnin episentri Suynin şəhərindən 35 kilometr cənub-qərbdə, 18,5 kilometr dərinlikdə qeydə alınıb. Tələfat və dağıtı barədə məlumat yoxdur.
Xatırladaq ki, ötən il mayın 12-də Çinin cənub-qərbindəki Sıçuan əyalətində 8 bal gücündə zəlzələ baş vermişdi. Rəsmi məlumatlara görə, faciə nətucəsində 87 min nəfər həlak olub və itkin düşüb, 374 min adam xəsarət alıb, milyonlarla sakin evsiz qalıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: